Haqqında

Zeynalova Ruxsarə Nazim

1992-ci il 2 apreldə Gəncə şəhərində anadan olub.

2010/2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solo oxuma ixtisasını bitirib.

2014/2017-ci illərdə “Xəzər Tv MMC” də müxbir vəzifəsində çalışıb. 2017-ci ildən Azərbaycan Texnologiya Universitetində bədii rəhbər vəzifəsində çalışır. 2017-ci ilin may ayından UTECA Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.

 

 

Tələbə Həmkarlar İttifaqının sədri

 

Tələbə Həmkarlar İttifaqı komitələri tələbələrin təhsil, məişət, istirahət, müalicə, əmək, idman və s. kimi hüquqlarını müdafiə edir.

ali təhsil müəssisəsinin profilinə uyğun yüksək ixtisaslı, dərin savadlı, dünyagörüşlü, vətənpərvər təcrübəli və bacarıqlı kadrların hazırlanmasına səy göstərir

tədris intizamına, biliklərin keyfiyyətinin artırılması üçün tələbələri səfərbərliyə alır

idman və bədən tərbiyəsi kafedraları ilə birlikdə tələbələr arasında kütləvi idman tədbirləri həyata keçirir, onların fiziki cəhətdən sağlam və gümrah olmalarının qayğısına qalır

ittifaq üzvlərinin təhsili, əməyi, məişəti, istirahəti və müdafiəsi ilə əlaqadar keçirilən tədbirlərdə yaxından iştirak edir, səmərəli təkliflər verir

THİK tədris prosesinin təkmilləşdirilməsi, milli ideologiya işlərinin gücləndirilməsi, dərsə davamiyyətin möhkəmlənməsi, asudə vaxtın düzgün və səmərəli edilməsində tələbə fəalların iştirakını təmin edir, yığıncaqlarda, konfraslarda və digər toplantılarda tələbələrin yaxından iştirakını təmin edir, qeyd etdikləri nöqsan, təklif və iradları rektorluğa çatdırır, onların həllinə nail olur, görülən işlər və qəbul edilən tədbirlər barədə müntəzəm olaraq ittifaq üzvlərinə məlumat verir.