Azərbaycan Texnologiya Universitetində (ATU) Rusiyanın Tümen Dövlət Universitetinin (TDU) Sahibkarlıq baza kafedrasının müdiri prof. Eduard Omarovun seminarı baş tutub.
Seminarda ATU-nun elm və beynəlxalq əlaqələr üzrə prorektor əvəzi i.e.d.Mayıs Gülalıyev, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Fazil Kərimov və əməkdaşları iştirak edib.
E.Omarov rəhbərlik etdiyi kafedranın fəaliyyət istiqamətləri, sahibkarlıq təfəkkürünün tədris metodikası haqqında, eləcə də sahibkarlığın inkişafında psixoloji aspektin rolu barədə geniş məlumatlar verib.
Seminar çərçivəsində Azərbaycanda sahibkarlığın inkişaf perspektivləri, sahibkarlığın inkişafında təhsilin rolunun artırılması məsələləri müzakirə edilib.
Həmçinin, ATU ilə TDU arasında əlaqələrin genişləndirilməsi məqsədilə gələcəkdə sahibkarlığın inkişafına dair birgə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Sonda E.Omarov fakültə əməkdaşları tərəfindən ünvanlanan sualları cavablandırıb.