Azərbaycan Texnologiya Universitetində yaz imtahan sessiyasına start verilib
Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos.Yaşar Ömərov imtahan prosesini izləyib. Universitet rəhbəri tələbələrlə yerində görüşərək onların fikirlərini öyrənib, eləcə də müvafiq tövsiyyələr verərək qaydalar barədə məlumatlandırıb. Bildirib ki, tələbələrin biliyinin şəffaf və obyektiv qiymətləndirilməsi üçün bütün zəruri tədbirlər görülüb. Y.Ömərov tələbələrə imtahanda uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, 5 iyul tarixinədək davam edəcək sessiya müddətində imtahanlar test və yazılı qaydada keçirilir.
Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq imtahanların şəffaf və obyektiv keçirilməsi üçün İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bundan başqa, bütün korpuslarda tələbələr üçün təklif və şikayətlər qutusu yerləşdirilib.