Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Texnologiya Universitetində Elmi Şuranın növbəti iclası keçirilib

Universitetin rektor əvəzi, Elmi Şura sədri dos.Yaşar Ömərov kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İlk olaraq iclasda Tədris şöbəsinin müdiri Raqif Hüseynov və Magistratura və doktorantura şöbəsinin rəhbəri Ulduz Babayeva universitetdə dövlət imtahanlarına hazırlığın və magistr dissertasiyalarının yerinə yetirilməsinin vəziyyəti barədə məlumat verib. Daha sonra İnzibati idarəetmə və kommersiya kafedrasının müdiri Fizuli Məmmədovun və Ümumi və tətbiqi fizika kafedrasının müdiri Məntiq Cəfərovun hesabatı dinlənilib.

Elmi Şuranın gündəliyində olan müxtəlif məsələlərə dair geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilərək müvafiq qərarlar qəbul edilib.

İclas çərçivəsində Yüngül sənaye mühəndisliyi və Dizayn kafedrasının müdiri Tofiq Mirzəyev və Turizm sənayesinin təşkili və ekologiya kafedrasının dosenti Fərman Əliyev yubileyləri münasibəti ilə fəxri fərmanla təltif olunublar.

 

 

51 dəfə oxunub