Azərbaycan Texnologiya Universiteti İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə yeni əlaqələrə başlayır
Bununla bağlı Azərbaycan Texnologiya Universitetində görüş keçirilib. Görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin departament rəhbəri Fatimə Ələkbərova, layihə rəhbəri Gülnar Mirhüseynova iştirak edib.
Görüş zamanı Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e dos. Yaşar Ömərov universitetin fəaliyyət istiqamətlərindən, gələcək perspektivlərindən bəhs edib.
Agentliyin həyata keçirdiyi Technest Təqaüd Proqramı çərçivəsində birgə əməkdaşlığın qurulması və gücləndirilməsi istiqamətində qarşıda duran vəzifələr, real perspektivlər çərçivəsində görülə biləcək işlər müzakirə edilib.
Azərbaycan Texnologiya Universitetinin İKT fakültələrində tədris alan tələbələrin təqaüd proqramından yararlanması və universitetdə Technest laboratoriyasının qurulması haqqında ilkin razılığa gəlinib.