Qida mühəndisliyi  fakültəsində tələbə elmi seminarı keçirilib

Azərbaycan Texnologiya Universitetinin (UTECA) Qida mühəndisliyi  fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı, Turizm sənayesinin təşkili və ekologiya kafedrasının baş müəllimi İradə Xusayinovanın rəhbərliyi ilə turizm və otelçilik ixtisasının rus dili bölməsi üzrə III kurs tələbəsi İlahə Məmmədovanın “Turizm sənayesi: restoran biznesində innovativ texnologiyalar və xidmət üsulları” mövzusunda elmi seminarı keçirilib.

Seminarda iaşə sahəsində texnologiya və innovasiyaların öyrənilməsi, restoranlarda və digər iaşə müəssisələrində hökm sürən bəzi tendensiyalar, restoran biznesində xidmətin təşkili keyfiyyətinin yaxşılaşdırılmasında innovativ texnologiyaların təsir aspektləri açıqlanıb.

Tələbə müasir şəraitdə müəssisələrdə innovativ texnologiyaların tətbiqinin xüsusiyyətlərini təhlil edərək iştirakçıların diqqətini cəlb edib. Mühazirəçi aktual mövzuyla bağlı dinləyicilərin çoxsaylı suallarını cavablandırıb. 

Seminarı rektorun elm və innovasiyalar üzrə müşaviri dos.Mayıs Gülalıyev, Elmi Tədqiqat Mərkəzinin direktoru dos.Qalibə Məmmədova, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov, fakültə əməkdaşları və tələbələri, Tələbə Elmi Cəmiyyətinin sədri Aysel Məmmədli, eləcə də Gəncə Destinasiya Menecmenti Təşkilatının rəhbəri Zaur Bayramov və nümayəndələri izləyiblər.

 

 

 

 

136 dəfə oxunub