UTECA-nın bir qrup əməkdaş və tələbə heyəti Ağdam şəhərinə səfər edib

Ölkə başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda abadlıq və quruculuq işləri aparılır, tarixi abidələr bərpa edilir. Azad edilmiş torpaqları ziyarət etmək, erməni vəhşiliyinin izlərini görmək üçün Azərbaycan Texnologiya Universitetinin rektoru professor Akif Süleymanovun təşəbbüsü ilə universitetin bir qup əməkdaş və tələbə heyəti Ağdam şəhərinə səfər edib.

2022-ci ilin 26 aprel tarixində baş tutan səfər çərçivəsində kollektiv işğaldan azad olunan Ağdam şəhərində və ətraf ərazilərdə olublar. Universitetin tədris işləri üzrə prorektoru vəzifəsini icra edən Yaşar Ömərovun rəhbərliyi ilə həyata keçirilən səfərdə struktur bölmə rəhbərləri, müəllimlər və tələbələr, o cümlədən TGT və TEC nümayəndələri iştirak edib.

Səfər çərçivəsində universitet heyəti Ağdamın İmarət saray kompleksini, Ağdamın birinci şəhidlər xiyabanını, Ağdamın Cümə məscidini və Şahbulaq qalasını ziyarət edib.

 

 

44 dəfə oxunub