UTECA-da xaricdə doktorantura və ikili diplom proqramlarının təqdimatı keçirilib

UTECA-da xaricdə doktorantura və ikili diplom proqramlarının təqdimatı keçirilib


Azərbaycan Texnologiya Universitetində (UTECA) xaricdə doktorantura və ikili diplom proqramlarının tanıdılması ilə bağlı təqdimat keçirilib.


Tədbirdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzrə İdarəetmə Qrupunun rəhbəri Turan Topalova dinləyicilərə beynəlxalq təhsil təcrübələrinin təhsildə əhəmiyyətindən danışıb. Qeyd olunub ki, proqramın əsas məqsədi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir.


Sonra xaricdə doktorantura təhsilinin yaratdığı imkanlardan, Beynəlxalq ikili diplom proqramları üzrə Dövlət Proqramı çərçivəsində bakalavr və magistratura pilləsi üzrə həyata keçirilən ikili diplom proqramları haqqında ətraflı danışılıb.


Sonda bu proqramlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Xaricdə doktorantura təhsili ilə bağlı diskusiyalarda magistr tələbələri aktiv iştirak ediblər.

157 dəfə oxunub