Azərbaycan Texnologiya Universitetində dekan vəzifələrinə seçkilər keçirilib

Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və idarəetmə, Avtomatika, telekommunikasiya və informatika fakültələrinin dekan vəzifələrinə seçkilər keçirilib. 

10 yanvar 2022-ci il tarixində keçirilən seçkilər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun təşkil edilib. 

Gizli səsvermənin nəticəsinə əsasən dosent Xalidə Ağayeva 100% səslə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilib. 

Dosent Rövşən Hacıyev isə bütün səsləri toplayaraq Avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı seçilib.

165 dəfə oxunub