Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Ulu Öndər Heydər Əliyev dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onların arasında birlik və həmrəylik yaratmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Ali məclisinin 16 dekabr 1991-ci il tarixli iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barəsində Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etmişdir.

Ali Sovetin Milli Şurası 25 dekabr 1991-ci ildə müraciəti nəzərə alaraq, dekabr 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul olunmuşdur.

Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olunmuşdur.

Hazırda həmrəylik gününü milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş diaspor nümayəndələri də qeyd edirlər.

Soydaşlarımızın milli mənlik şüurunun gücləndirilməsi, ictimai mütəşəkkilliyinin və fəallığının artırılması məqsədi ilə 9-10 noyabr 2001-ci ildə Bakı şəhərində Dünya azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılmışdır.

Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.         

Hazırda  Prezident  İlham  Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin həmrəylik sahəsində olan xidmətləri uğurla davam etdirir.

Prezident  İlham  Əliyevin təşəbbüsü ilə 26 mart 2006-cı ildə Bakı şəhərində Dünya azərbaycanlılarının II Qurultayı keçirilib. Qurultayda xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi və ölkəmizlə bağlı həqiqətlərin dünya ictimayyətinə çatdırılması kimi vəzifələr əksini tapmışdır.

Prezident  İlham  Əliyevin 6 iyul 2018-ci il tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıdı. Prezident  İlham  Əliyevin diaspor təşkilatının işinin daha da gücləndirilməsi üçün 9 mart 2007-ci ildə Bakı şəhərində Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu təşkil olunmuşdur.

Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir.

Azərbaycan Respublikası Dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan yeganə dövlətdir. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir.

Ulu Öndər Heydər Əliyevin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qurur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri

 

99 dəfə oxunub