Dünəndən bu günə, bu gündən sabaha 

Dünəndən bu günə, bu gündən sabaha 

Hörmətli Prezident İlham Əliyevin peşəkar diplomat və tanınmış dövlət xadimi kimi formalaşmasında iki əsas məqamların böyük rolu olmuşdur. Birincisi İlham Əliyevin dünyada tanınmış siyasi xadim, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyev və görkəmli alim, akademik Zərifə xanım Əliyevanın ailəsində anadan olmasıdır. İkincisi isə Prezident İlham Əliyevin dünyanın ən nüfuzlu diplomatik ali məktəbi hesab olunan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil almasıdır. O MDBMİ – də təhsil aldığı dövrdə bir neçə xarici dilləri mükəmməl öyrənmiş, dərin elmi bilik və zəngin diplomatik təcrübə əldə etmişdir.

Prezident İlham Əliyev qısa müddət ərzində 1982-2003-cü illərdə müxtəlif məsuliyyətli vəzifələri uğurla icra etmişdir. 2003-cü ildə Prezident seçkilərində seçicilərin etimadını qazanaraq 76 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. İlham Əliyev uğurlu daxili və xarici siyasəti, dövlət quruculuğunda səmərəli fəaliyyəti, əhalinin sosial rifahının ilbəil yüksəlməsi sayəsində 2008-ci il Prezident seçkisində seçicilərin 88,73 faiz, 2013-cü ildə 84,54 faiz və 2018-ci ildə 86,02 faiz səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

Prezident İlham Əliyev çox şaxəli elm, siyasət, dövlət quruculuğu və beynəlxalq münasibətlər, səmərəli fəaliyyətinə görə çoxlu sayda dövlətlərin ordenlərinə, fəxri elmi adlarına layiq görülmüşdür.

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına 01.10.2013-cü il tarixində müraciət edərək onun irsinin ən layiqli davamçısı kimi İlham Əliyevi layiq görmüşdür. Prezident İlham Əliyev bu müraciəti öz əməli işləri ilə yerinə yetirməyi bacardı. İlham Əliyevin daimi milli həmrəyliyi, sağlam əməkdaşlıq mühitini təşviq edərək həyata keçirdiyi islahatları sayəsində, Azərbaycan Respublikasının dayanıqlı inkişafına layiq “Biz birlikdə güclüyük şüarı” hesabına ölkədə yaşayan milli və siyasi həmrəylik zəfər tarixinin ideoloji əsasını təşkil etmişdir.

İlham Əliyev siyasi dialoq ənənələrinə görə ölkə daxilində siyasi sabitliyin təmin olunmasına nail olmuşdur.

Prezident İlham Əliyevin hal-hazırda qarşılıqlı etimada və milli maraqlara əsaslanan müstəqil siyasət həyata keçirməsilə Azərbaycan Beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı olan ölkə kimi tanınmışdır. 

Hazırda Azərbaycan 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının sədri olmaqla bəzi beynəlxalq problemlərin həllində fəal iş aparır.

Prezident İlham Əliyevin Tükdilli Dövlətlərin Əməkdaşlıq Şürasında sədrliyi dövründə təşkilatın fəaliyyətinin gücləndirilməsi,  tükdilli ölkələr və xalqlar arasında dostluq, qardaşlıq və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində dəyərli işlər görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Prezident İlham Əliyevin bir çox beynəlxalq forumların, xüsusi sessiyaların Azərbaycan Respublikasında təşkil olunmasına nail olması nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevirmişdir, bu isə öz növbəsində ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi beynəlxalq əhəmiyyətli layihələrin həyata keçməsi sayəsində ölkəmizdə dayanıqlı iqtisadi vəziyyətin əldə olunmasına nail olunmuşdur. İlham  Əliyev prezidentliyi dövründə avtomobil və dəmir yolu xəttlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması , Bakıda və regionlarda beynəlxalq hava limanlarının, Bakı-Tbilisi-Qars dəmir yolunun və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirmişdir. Ölkənin iqtisadi inkişafı sayəsində Azərbaycan 2013-cü ildə süni peyki orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-cü ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.

Azərbaycanın hər bir regionunda quruculuq-abadlıq işləri aparılır və sosial-iqtisadi inkişaf proqramları davamlı olaraq icra edilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyev daim ordunun müasir hərbi standartlara çatdırılmasına dair işlər aparmaqla, yeni, müasir silah və hərbi texnikaların satın alınmasına və ölkəmizdə hərbi məhsulların istehsalına nəzarət edir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham  Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət birliyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. Vətən müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub.

Həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirlməsi məqsədilə Azərbaycan  Respublikasının Prezidenti, Silahlı Qüvvələrin  Müzəffər Ali Baş Komandanı İlham  Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub.

Prezident İlham Əliyevin himayəsi ilə “YAŞAT” Fondu, “Qarabağ Dirçəliş” Fondu və bütün digər institusional təşəbbüslər şəhid ailələrinə və qazilərə ayrılan diqqətin təcəssümüdür.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq ststusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.

Ərazilərin azad olunmasından dərhal sonra genişmiqyaslı yenidənqurma işlərinə start verilmişdir. Azərbaycan yalnız özünün maliyyə resuslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.

Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizinin önəmli hissəsini təşkil edəcək. Zəngəzur dəhlizinin açılması bütün yeni imkanları birləşdirə biləcək qlobal layihədir.

Musa Cəfərov

Azərbaycan Texnologiya Universitetinin Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri

 

 

     

115 dəfə oxunub