TEC- in təşkilatçılığı ilə Laçının işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Texnologiya Universitetində Tələbə Elmi Cəmiyyətinin “Kitab oxuyaq” müəllim-tələbə birliyinin təşkilatçılığı ilə Laçının işğaldan azad olunmasının ildönümünə həsr edilmiş tədbir keçirilib. Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükütla yad olunub.

Tədbirdə UTECA tələbələrinin iştirakı ilə şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Daha sonra işğaldan azad olunmuş torpaqlar haqqında, eləcə də vətənpərvərlik mövzusunda video çarxlar izlənilib. Çıxışlarda 44 günlük Vətən müharibəsinin xronologiyasından, Azərbaycanın dünyaya səs salan böyük zəfərindən bəhs edilib.

Tədbirdə tələbələr çıxışları ilə izləyənlərə duyğulu anlar yaşadıblar.

75 dəfə oxunub