ECAR Erasmus+ layihəsinin monitorinq görüşü

 

ECAR Erasmus+ layihəsinin monitorinq görüşü

Azərbaycanın Milli Erasmus+ Ofisi 19.10.2021-ci il tarixində Bakı Ali Neft Məktəbində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycanda Rektorlar Konfransının Yaradılması” Erasmus+ layihəsinin ilk monitorinq görüşünü təşkil edib.

Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin adı çəkilən monitorinq görüşündə layihə meneceri İlahə Qurbanova iştirak edib.

Görüşdə layihə fəaliyyətlərinin icrası zamanı yarana biləcək risklər və onların aradan qaldırılması yolları, yerli layihə tərəfdaşlarının qarşılaşdığı problemlər, layihənin uğurla həyata keçirilməsi ilə bağlı təklif və tövsiyyələr dinlənilib.  Eyni zamanda, Azərbaycanın Milli Erasmus+ Ofisi ali təhsil müəssisələrinin müvafiq əməkdaşlarını Erasmus+ proqramı çərçivəsində növbəti proqram çağırışları barədə məlumatlandırıb.

73 dəfə oxunub