UTECA Kabardin-Balkar Respublikasının beynəlxaql elmi konfransında iştirak edib

UTECA Kabardin-Balkar Respublikasının beynəlxaql elmi konfransında iştirak edib

Azərbaycan Texnologiya Universiteti Kabardin-Balkar Respublikasında keçirilən “Elm, təhsil və bines: Yeni baxış, yaxud inteqrasiyalı qarşılıqlı əlaqələr strategiyası” adlı beynəlxaq elmi-praktik konfransda iştirak edib.

Kabardin-Balkar Respublikasının ilk prezidenti Valeriy Kokovun anadan olmasının 80 illiyinə həsr olunmuş konfransda Rusiya Federasiyasının, eləcə də Kabardin-Balkar Respublikasının kənd təsərrüfatı nazirlikləri, V.Kokov adına Kabardin-Balkar Dövlət Aqrar Universiteti, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, Şimali Qafqaz Federal Universiteti, Kuban Dövlət Aqrar Universiteti, “MB” Universiteti (Serbiya), Abxaziya Elmlər Akademiyasının İqtisadiyyat və hüquq institutu, Monqolustan Elmlər Akademiyasının Beynəlxalq araşdırmalar institutu, Kabardin-Balkar Respublikası üzrə Rusiya Federal Antiinhisar Xidməti, “İşgüzar Rusiya” Ümumrusiya İctimai Təşkilatının Kabardin Balqar regional bölməsi iştirak edib.

73 dəfə oxunub