EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib

EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib

11 oktyabr 2021-ci il tarixində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Bakı Biznes Universitetinin koordinatorluq etdiyi “Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması ve İnkişaf Etdirilməsi" EQAC” layihəsi üzrə yekun konfrans keçirilib.

Azərbaycan Texnologiya Universitetinin də partnyor olduğu bu layihənin yekun konfransında Tədris işləri üzrə prorektor Vüqar İsmayılov, Keyfiyyət təminatı və audit şöbəsinin mütəxəssisi Jalə Həmzəyeva və layihə meneceri İlahə Qurbanova iştirak ediblər.

Onlayn formatda təşkil olunan tədbirdə layihə koordinatorunun təqdimatında 4 il müddətində layihə çərçivəsində görülmüş işlər, əldə olunmuş nəticələr, yerli tərəfdaş universitetlərin uğur hekayələri, eləcə də beynəlxalq ekspertlərin layihənin Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılmasına verdiyi töhfələr barədə hesabatlar dinlənilib.

7 dəfə oxunub