Dahi  şəxsiyyət , həmişəyaşar lider

Dahi  şəxsiyyət , həmişəyaşar lider

Azərbaycan tarixində misilsiz  xidmətlərilə  əbədiyaşar mövqe qazanmış ümumilli lider Heydər Əliyev öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə nəinki xalqımızın ən parlaq siması, eləcədə dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz buraxıb.

Azərbaycanın bir qərinəlik tarixi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderin hər dəfə hakimiyyətə gəlişi xalqımız üçün bir qurtuluş olub. Ölkəmizin keçən əsrin 60-cı illərin sonundan başlayan və 21-ci əsrə adlayan 35 illik bir dönəmi yeniliklər və irəliləyişlərlə seçilib. 

Heydər Əliyev Azərbaycan xalqının  müstəqillik, suverenlik arzusunu tarixi reallığa çevirib,  böyük qurbanlar bahasına əldə olunmuş müstəqilliyi zamanın çətin sınaqlarından çıxararaq qoruyub saxlayıb. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi illər ərzində xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətləri saymaqla qurtaran deyil. Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının müəllifi kimi qəbul edir. 

O, 1969-cu ildən bu ölkəyə başçılıq etdi. O zaman keçmiş Sovetlər məkanında aqrar ölkə olan Azərbaycanı,  inkişaf etmiş sənaye və kənd təsərrüfatı respublikasına, elm, mədəniyyət ölkəsinə çevirmək üçün Heydər 
Əliyev böyük zəhmət çəkdi.   Keçmiş SSRİ rəhbərliyində olan bir çoxlarının həsəd və qərəzinə baxmayaraq Heydər Əliyev şəxsiyyəti və zakası bütün bu maneələri dəf etdi. Əslində hər şey vahid, güclü, müstəqil Azərbaycanın yaradılmasına hesablanmışdı.  

Heydər Əliyev Azərbaycana Vətənin dar  və ən ağrılı günlərində yenidən qayıtdı. Ulu öndərin Respublika rəhbərliyinə qayıdışı ilə ölkənin içtimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı. Müstəqil dövlət quruculuğu prosesi daha etibarlı müstəviyə keçdi. Azərbaycanın daxilində yaranan sabitlik  beynəlxalq   aləmdə ölkəmizə yaranan inamı artırmağa səbəb oldu. 

Ulu yaradan ona çox şey bəxş etmişdi - fenomen yaddaşı, dərin təhlil qabiliyyətini, öz xalqına, vətəninə bağlılığı, sadəliyi, dözümü və nəhayət tarix yaratmaq  bacarığını. Bu dahi şəxsiyyət həqiqətən dahilərə məxsus xüsusiyyətləri ilə seçilirdi. O nə qədər ciddi, zəhmli lider idisə, həm də çox sadə, ürəyi yumuşaq və xalqının içində olan sadə bir azərbaycanlı idi. 

Müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid,  dünya birliyinin tanıyıb hörmət etdiyi Azərbaycan kimi bir dövlət yaratmaq xilaskar kimi ulu öndər  Heydər Əliyevə nəsib oldu. Onun ən böyük arzusu işğalda olan ərazilərimizin azad olunması və Azərbaycanı bütöv görmək idi. Artıq bir ildir ki, bu toroaq uğrunda canından keçən şəhidlərimizin  və ulu öndərin ruhu daha rahat, huzurlu şəkildə uyumaqdadır. Artıq Azərbaycan Ali baş komandan İlham Əliyevin siyasəti, ordumuzun gücü, xalqımızın inam və cəsarəti ilə qələbə qazanməş, uzun illər sonra öz torpaqlarını işğaldan azad etmiş, gücünü, qüdrətini bütün dünyaya sübut edən ölkədir. Bu isə ulu öndərin Azərbaycanla bağlı arzularının  hələ başlanğıcıdır, çünki daha böyük qələbələrimiz hələ qabaqdadır. 

 

Ulduz Babayeva 

Qida mühəndisliyi və ekspertiza kafedrasının dosent əvəzi, texnika üzrə fəlsəfə doktoru

 

 

 

 

 

5 dəfə oxunub