Azərbaycan Texnologiya Universiteti vakansiya elan edir

Azərbaycan Texnologiya Universiteti vakansiya elan edir

Azərbaycan Texnologiya Universiteti (UTECA) Kompyuter mühəndisliyi və telekommunikasiya kafedrasına magistratura pilləsində 2021/2022-ci tədris ilində Azərbaycan və rus bölmələrində aşağıdakı fənnlərin tədrisi üçün kompüter sahəsi üzrə texnika elmləri namizədləri və ya texnika üzrə fəlsəfə doktorlarının işə qəbulunu həyata keçirir:

✓ İnstrumental proqram vasitələri
✓ İntellektual sistemlərin müasir problemləri
✓ Yüksək səviyyəli verilənlər bazası
✓ Kompyuterlərin diaqnostikası
✓ Şəbəkə inzibatçılığı
✓ İnformasiya axtarış sistemləri
✓ Müasir kompüter texnologiyaları
✓ Multimedia sistemləri

Namizədlərdən müraciət üçün CV-lərini foto şəkili ilə mövzu yerində müvafiq istiqamətləri qeyd edərək [email protected] (Leyla Rzayeva) elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix 29 sentyabr 2021-ci ildir.

Qeyd: Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq.

 

4 dəfə oxunub