UTECA-da növbəti tyutor hazırlığı kursu başa çatıb

Azərbaycan Texnologiya Universitetində növbəti tyutor hazırlığı kursu başa çatmışdır

Azərbaycan Texnologiya Universitetində 2021-ci ilin 31 may tarixindən başlamış və həftənin beş iş günü olmaqla üç ay müddətində davam etmiş növbəti tyutor hazırlığı kursu başa çatmışdır.

Onlayn formatda keçirilən tyutor hazırlığı kursu Universitetin “Avtomatika, informatika və telekommunikasiya” fakültəsinin dekanı Azər Hüseyn, “Yüngül sənaye mühəndisliyi və logistika” fakültəsinin dekan müavini Sədir Quliyev və “Qida mühəndisliyi” fakültəsinin dekan müavini Nəbi Mehdiyev tərəfindən aparılmışdır.

Kurslarda Azərbaycan Texnologiya Universitetinin əməkdaşları və magistrları, eləcə də universitetdən kənar şəxslər olmaqla 16 nəfər iştirak etmişdir. Kursun müdavimlərinin imtahanda göstərdikləri nəticələrdən asılı olaraq müvafiq sertifikatlarla təltif olunması nəzərdə tutulur.

146 dəfə oxunub