Magistraturaya qəbulda rekord qeydə alınıb

Magistraturaya qəbulda rekord qeydə alınıb

Azərbaycan Texnologiya Unversitetində UTECA magistraturaya qəbul olunanların sayında ən yüksək nəticə 2021-ci ildə qeydə alınıb.

2021-ci ildə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən Azərbaycan Texnologiya Universitetinə 216 magistrant qəbul olunub. Onlardan 200 nəfəri əsas müsabiqədə, 16 nəfəri isə əlavə yerləşdirmə zamanı qeydiyyatdan keçib.

Bununla da cari ildə universitetin magistratura səviyyəsinə qəbul faizi təxminən 95% təşkil edib. Bu universitetin magistraturaya qəbul tarixində ən yüksək göstəricidir.

Azərbaycan Texnologiya Universitetində magistrantların sayının artırılması gələcəkdə universitetin tədqiqat universitetinə çevrilməsinə, elmi fəaliyyətin və təhsil-elm-istehsalat əlaqələrinin güclənməsinə şərait yaradacaq.

127 dəfə oxunub