UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

UTECA Cənubi Koreya ilə əməkdaşlığı genişləndirir

Beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və dünya universitetləri ilə əlaqələrin genişləndirilməsi vasitəsilə universitetin beynəlmiləlləşdirilməsi strategiyasına uyğun olaraq, Azərbaycan Texnologiya Universiteti (UTECA) Koreya Respublikasının Honam Universiteti ilə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb. Sənədi Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini icra edən dosent Yaşar Ömərov və Honam Universitetinin prezidenti Park Sang Choel imzalayıb.

Memorandum təhsil və tədqiqat sahəsində hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Memoranduma əsasən, universitetlər arasında müəllim-tələbə mübadiləsi, layihə və proqramların işlənib hazırlanması, birgə elmi-tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi və digər sahələrdə əməkdaşlıq nəzərdə tutulub.

Eyni zamanda, Azərbaycan Texnologiya Universiteti Honam Universiteti ilə birgə Koreya Fondu tərəfindən maliyyələşdirilən layihədə tərəfdaş kimi çıxış edəcək. KF E-school layihəsi çərçivəsində universitetin tələbələrinə 2021-ci ilin sentyabr ayından etibarən Honam Universitetinin əməkdaşları tərəfindən Koreya dilinin tədrisi nəzərdə tutulub.


 

101 dəfə oxunub