UTECA tələbəsi şəhər qalibi olub

UTECA tələbəsi şəhər qalibi olub

Azərbaycan Texnologiya Universitetinin (UTECA) dizayn ixtisasının tələbəsi Sədaqət İsmayılova Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncə Gənclər Evi tərəfindən “Nizami Gəncəvi İli” çərçivəsində gənclər arasında keçirilən “Nizami Gəncəvi yaradıcılığı rəssamların gözü ilə” adlı rəsm müsabiqəsinin qalibi olub.

22 istedadlı gənc arasında I yeri tutan tələbəmizi bu gün universitet rəhbərliyi təbrik edib. Universitetə valideynilə birgə qonaq gələn tələbənin indiyədək əldə etdiyi digər nailiyyətləri ilə də tanış olan tədris işləri üzrə prorektor Vüqar İsmayılov Sədaqət İsmayılovanın uğurlarını yüksək qiymətləndirib, ona yenicə başlamış yaz semestri imtahanlarında müvəfəqqiyyətlər arzu edib.

Qeyd edək ki, rəsm müsabiqəsinin məqsədi Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin yeniyetmə və gənclər arasında öyrənilməsi və təbliğ edilməsi, istedadlı gənclərin üzə çıxarılması və yaradıcılıq potensialının inkişaf etdirilməsi, eləcədə asudə vaxtlarının səmərəli təşkilidir.

29 dəfə oxunub