Nazirlər Kabineti dövlət imtahanı ilə bağlı qərar verib

Nazirlər Kabineti dövlət imtahanı ilə bağlı qərar verib

Ötən tədris ilində olduğu kimi bu tədris ilində də ali təhsil pilləsinin bakalavriat səviyyəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslar və əsas (baza ali) tibb təhsili ixtisasları istisna olmaqla digər bütün ixtisaslar üzrə) tələbələrin yekun dövlət attestasiyası üzrə biliyinin qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələr (ÜOMG) əsasında aparılacaq.

Bu barədə məlumat Nazirlər Kabinetinin müvafiq qərarına edilən dəyişiklikdə yer alır. Təhsil müddətində əldə etdikləri nəticələrə (ÜOMG-yə) uyğun olaraq yekun attestasiyanın qərarı ilə razılaşmayan bakalavrlar üçün dövlət attestasiya sınaqları təşkil ediləcəkdir.

Bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən ixtisasları və əsas (baza ali) tibb təhsili ixtisasları üzrə yekun dövlət attestasiya məcburidir.

Magistratura səviyyəsində bütün ixtisaslar üzrə yekun attestasiya məcburidir. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır.

34 dəfə oxunub