Sərgilər iqtisadiyyat sahələrimiz və sahibkarlar üçün effektiv işgüzar platformadır.

Sərgilər iqtisadiyyat sahələrimiz və sahibkarlar üçün effektiv işgüzar platformadır.

Sərgilər bir çox kiçik və orta biznes müəssisələri üçün başlanğıc meydanıdır. Burada tərəfdaşlar, təchizatçılar və həmfikirlər tapmaq, üz-üzə ünsiyyət qurmaq, istehsalatı inkişaf etdirmək və genişləndirmək kimi imkanlar var. İri müəssisələrə gəldikdə isə, keçirilən sərgilər bütün bunlarla yanaşı onlar üçün PR- strategiyanın ayrılmaz hissəsi sayılır. Sərgilər ölkənin və regionun imicini yüksəltmək yolu ilə yerli və milli iqtisadiyyata əhəmiyyətli dərəcədə öz təsirini göstərir.

Son dövrlər yerli və xarici şirkətlər tərəfindən qaldırılan mühüm məsələlərdən biri beynəlxalq sərgi və tədbirlərin Azərbaycanda bərpası ilə bağlıdır. Hal hazırda bu istiqamətdə dünyada və region ölkələrdə müsbət tendensiya müşahidə olunur. Azərbaycan Qida və İçki Sənayeciləri Assosiasiyasının İdarə Heyətinin Sədri Emin Dostiyari pandemiya dövründə sərgilərin təşkilindəki bir sıra olkələrin təcrübəsini nəzərdən keçirərək mühüm şərtləri açıqladı.

Bunlar sərginin Operativ Gərargahın müəyyən etdiyi bütün qaydalara və bu sahədə dünya üzrə qəbul edilən Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının beynəlxalq standartlara uyğun təşkil edilməsi, bununla yanaşı tədbir iştirakçıları olan xarici şirkət nümayəndələrinin ölkəyə girişinin mümkün olmasıdır.

80 dəfə oxunub