Şahmat turnirinin qalibləri mükafatlandırılıb

Şahmat turnirinin qalibləri mükafatlandırılıb

Azərbaycan Texnologiya Universiteti (UTECA) və
“Təhsil” Respublika İdman Mərkəzinin Gəncə şəhər 2 nömrəli Uşaq–Gənclər İdman–Sahmat məktəbinin birgə təşkilatçılığı ilə Umumilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümunə həsr edilmiş UTECA tələbələrindən ibarət şahmat yarışının qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, fakültələrarası yarış 6 turdan ibrət olub. Chess.com platforması vasitəsilə təşkil olunan turnirə 50-yə yaxın tələbə qatılıb.

Yarışda yüngül sənaye mühəndisliyi ixtisasının tələbəsi Kamil Hacıyev bütün görüşlərdə qalib gələrək I yeri tutub. Kompyuter mühəndisliyi ixtisasının tələbəsi Orxan Ələkbərov yarışın ikincisi, dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbəsi Taleh Abbasov isə 3-cüsü olub.

Yer tutan tələbələrlə görüş keçirilib, diplom və hədiyyələr təqdim edilib.

64 dəfə oxunub