Əcnəbi tələbələrimiz aktivlik nümayiş etdirir

Əcnəbi tələbələrimiz aktivlik nümayiş etdirir

07.04.2021-ci il tarixində Xarici dillər kafedrasının baş müəllimi Məmmədova Turanə Güloğlan qızının rəhbərliyi ilə 2220a1 qrupunun əcnəbi tələbəsi Saşavata Royun elmi seminarı təşkil edilib. Seminarın mövzusu “The new methods and means for the improvement of listening and reading skills”olmaqla dinləmə və oxu bacarıqlarının inkişafı üçün yeni metod və vasitələrə həsr edilib. Mövzu aktual olması ilə bərabər, kafedranın cari ildəki hesabat mövzusu ilə uzlaşıb. 

Seminarda kafedra və fakültənin müəllim heyəti, həmçinin Elm və Xarici əlaqələr mərkəzinin əməkdaşları iştirak ediblər. Tələbə prezentasiyasını ingilis dilində təqdim etdikdən sonra rəhbər müəllim M.Turanə digər dinləyicilərə aydın olması üçün onu Azərbaycan dilinə tərcümə edib. Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, əcnəbi tələbəyə bəzi suallar verildikdən sonra seminar yüksək qiymətləndirilib. 

56 dəfə oxunub