Şərqin sönməz günəşi - Nizami Gəncəvi

Şərqin sönməz günəşi - Nizami Gəncəvi

Gəncə şəhər Heydər Əliyev Mərkəzi Azərbaycan Texnologiya Universiteti ilə birlikdə  “Şərqin sönməz günəşi - Nizami Gəncəvi” adlı video konfrans keçirib. 
Tədbiri açıq elan edən Mərkəzin elmi işçisi Gülər Ellazova sözlərini dahi şair və mütəffəkir Nizami Gəncəvinin müdrik kəlamı ilə açıb: “El gözündə Nizami ucalıbdır düzlükdən, İlhamına, qəlbinə gün salıbdır düzlükdən”. Çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bu ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan edib.
Mərkəzin direktor əvəzi İlknur İsgəndərova “Nizami Gəncəvi irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda danışaraq Heydər Əliyevin öz fəaliyyətində Nizami Gəncəvi irsinin öyrənilməsinə və təbliğinə xüsusi önəm verdiyini bildirib. 
Tədbirdə Texnologiya Universitetinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Süsənbər Məmmədova “Nizami Gəncəvi və Avropa mədəniyyəti”, Universitetin baş müəllimi Mətanət Mustafayeva “Nizami Gəncəvi və türkçülük”, Gəncə Dövlət tarix Mədəniyyət qoruğunun Nizami filialının müdiri Gülnarə İsmayılova “Nizami Məqbərəsinin tarixi”, Universitetin tələbələrindən Elşad Hüseynov “Nizami Gəncəvi yaradıcılığında ədalət, azad cəmiyyət və insan” mövzusunda çıxışlar ediblər. Tədbirdə Nizami Gəncəvi muzeyinin elmi işçisi Xəyalə Məmmədova Nizami Gəncəvi muzeyi haqqında məlumatlar verib,  UTECA tələbəsi Lamiyə Tağıyeva Nizami Gəncəvinin əsərindən səsləndirib.  
Sonda Mərkəzin kiçik elmi işçisi Dursun Əliyevanın hazırladığı “Dahi mütəfəkkir Nizami Gəncəvinin irsinin təbliğində Ulu Öndər Heydər Əliyevin xidmətləri” adlı video-çarxın nümayiş etdirilib.

69 dəfə oxunub