Hazırlıq Qrupuna qəbul olmaq üçün tələb olunan sənədlər
Azərbaycan Texnologiya Universiteti regionda ilk dəfə olaraq əcnəbilərin hazırlığını həyata keçirir. Universitetin təşkil etdiyi Hazırlıq Qrupunda əcnəbi vətəndaşlara müntəzəm dil kursları və ixtisasına uyğun fənlər tədris olunur. Tədris müddətində xarici vətəndaş bir sıra imtahanlar verməli, sonda isə yekun buraxılış imtahanlardan keçməlidir. İmtahanları müvəffəqiyyətlə verən abituriyent sonda hazırlıq şöbəsini bitirməsi haqqında şəhadətnamə alır və müvafiq fakültənin I kurs tələbəsi sayılır.