Kitabxana

Kitabxana İnformasiya Mərkəzi haqqında

(022) 257 65 40

[email protected]

Azərbaycan Texnologiya Universitetinin Kitabxana İnformasiya Mərkəzi  (KİM) 1970-ci ildə yaradılıb və Azərbaycanda ali məktəb kitabxanaları sisteminə daxildir.

KİM-in fondunda 350 000-dən artıq çap vahidi var. Onların siyahısına kitablar, broşuralar, informasiya xarakterli nəşrlər, elmi jurnallar, patent ədəbiyyatı, qəzetlər, mühazirə mətnləri, elektron vəsaitlər daxildir. KİM-in fondunda olan dərsliklərin, dərs vəsaitlərinin, elmi ədəbiyyatın əsas hissəsini tekstil, yüngül sənaye, qida, maşınqayırma, ekologiya, İKT, turizm və iqtisadiyyatın digər  sahələrinə aid rus və Azərbaycan dillərində kitablar təşkil edir. KİM fondunda nadir nüsxələr sayılan kitablar da var.

Oxucuların sorğularını tam və hərtərəfli ödəmək üçün KİM-də Kitabxanalar Arası Abonomentdən (KAA) istifadə edilir. Hazırda KİM-in oxucularının sayı  3000 nəfərə yaxındır.  KİM-də "İRBİS 64 UNİCODE" (Avtomatlaşmış Kitabxana İnformasiya İdarəetmə Sistemi) proqramının son versiyası istifadə edilir. Artıq "Elektron kataloq"da 3 000-dən artıq  məqalə, 10 000 adda  kitab, 300-ə qədər avtoreferatın biblioqrafik təsviri, 1 000-ə qədər oxucunun anket göstəriciləri yer alıb.

KİM universitetin tədris planları, proqramları və elmi-tədqiqat işlərinin mövzuları ilə tanış olur, vaxtaşırı kafedraları yeni alınmış kitabların siyahısıyla  məlumatlandırır.

 

I. Ümumi qaydalar

1.1. Kitabxanadan professor-müəllim heyəti, elmi işçilər, doktorantlar, magistr və bakalavrlar, universitetin bütün əməkdaşları, hazırlıq kursunun müdavimləri, başqa tədris müəssisələrinin tələbələri, magistrları, doktorantları və elmi işçiləri, həmçinin kənar şəxslər istifadə edə bilərlər. Kənar oxuculara ancaq oxu zallarında xidmət olunur.

1.2. Kitabxananın oxucularına kitablar, jurnallar, qəzetlər, mühazirə mətnləri, elektron resurslar və başqa materiallar istifadəyə verilir. Ədəbiyyatın verilişi oxu zallarında və abonomentdə aparılır. Kitabxanada olmayan nəşrlər oxucunun xahişi ilə başqa kitabxanalardan alınır  və  oxu zallarında istifadə olunur.

1.3. Kitabxanaya yazılış oxucuların kateqoriyasından asılı olaraq şəxsiyyət vəsiqəsi təqdim etməklə aparılır. Tələbə bileti əsasında kitabxana daimi oxucu bileti verir. Başqa tədris müəssisələrinin oxucularına həmin sənədlər əsasında müvəqqəti oxucu bileti bir illik istifadə müddətinə verilir.

1.4. Kitabxana hər il oxucuların qeydiyyatını aparır. Oxucu qeydiyyat zamanı adında olan bütün ədəbiyyatı təhvil verməlidir,  qeydiyyatdan sonra aldığı kitabları geri götürə bilər. Oxucular yay tətilinə getməzdən qabaq adlarında olan bütün kitabları təhvil verməlidir.

1.5. Kitabxanadan istifadəni dayandırdıqda oxucu bu barədə kitabxanaya xəbər verməli və adında olan bütün  kitabları təhvil verməlidir.

1.6. İşini və yaxud təhsilini dəyişdiyi halda oxucu 10 gün müddətində kitabxanaya xəbər verməlidir.



II. Ədəbiyyatdan istifadə qaydaları     

A - Abonomentdə

2.1. Elmi ədəbiyyat oxuculara bir illik müddətində aşağıdakı miqdarda verilir

 

  • Professorlara ,müəllimlərə, elmi işçilərə və doktorantlara 15, yuxarı kurs tələbələrinə və magistrlara 10, qalan oxuculara 5 cildə qədər, tələbə elmi cəmiyyətinin üzvlərinə əlavə 10, diplomçulara əlavə 5 cildə qədər
  • Tədris ədəbiyyatı15 kitabdan çox olmamaqla bir semestr üçün verilir
  • Bədii ədəbiyyat 15 gün müddətində 2 kitabdan çox olmamaq şərti ilə verilir
  • İstehsalat təcrübəsinə gedən tələbələrə kitab fondunun vəziyyətindən asılı olaraq bütün təcrübə müddətinə verilir
  • Bir nüsxədə olan nəşrlərin evə verilməsi direktor tərəfindən təyin edilir

 

 

2.2. Köməkçi fondda olan kitablar, nadir qiymətli əlyazmalar, məlumat xarakterli nəşrlər, dissertasiyalar, avtoreferatlar, referativ jurnallar, qəzetlər və kitabxanalararası abonomentlə alınan kitablar evə verilmir.

2.3. Əgər kitab təyin olunmuş vaxtdan çox saxlanarsa, oxucu 1 ay müddətinə kitabxanadan istifadə etməkdən məhrum edilir əgər bu hal təkrar olunarsa oxucu 2 ay müddətində kitabxanadan istifadə etməkdən məhrum edilir.

2.4. Kitabxanalararası abonomentlə alınan kitabın istifadə müddəti göndərilmə vaxtı nəzərə alınmaqla bir aydır.

 

B - Oxu zallarında

2.5. Əsas kitab saxlayıcılardan oxu zalına verilmiş ədəbiyyat oxucuya ona lazım olan müddətə verilə bilər. Əgər oxucu tələbə və aspirandırsa 5 gün müddətində, elmi işçi olduğu halda isə 10 gün müddətinə oxu zalında ona təhkim olunmuş kitab üçün müraciət etməsə həmin kitablar saxlayıcıya qaytarılır. İmtahan sessiyasına gələn qiyabi təhsil alan  tələbələrə ədəbiyyat bütün sessiya müddət üçün verilə bilər.

2.6. Oxu zalından kitabın çıxarılması qadağandır. Əgər oxucu uzun müddətə oxu zalını tərk edirsə, onda kitabları növbətçi kitabxanaçıya təhvil verməlidir.

2.7. Oxu zallarında oxucular ədəbiyyatdan kitabxana tərəfindən təsdiq edilmiş xüsusi qaydalar əsasında istifadə etməlidir.



III. Oxucu bilməlidir

3.1. Oxucu kitabxanadan aldığı kitablara və başqa çap əsərlərinə qayğı ilə yanaşmalıdır.

3.2. Oxucu kitabı aldıqda yoxlayaraq mövcud nöqsanları növbətçi kitabxanaçıya deməldir, əkd halda kitabın korlanmasında oxucu məsuliyyət daşıyır.

3.3. Kitabı yazmağa, vərəqi qatlamağa, cırmağa, illüstrasiyaların kalka vasitəsilə surətini çıxarmağa icazə verilmir.

3.4. Kitabxananın fonduna ziyan vuran qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. Kitabxananın fondundakı kitabları, digər mətbuat əsərlərini və başqa materialları itirmiş və yaxud onlara ziyan vuran  oxucular onları müvafiq olaraq eyni mətbuat əsərləri və materiallar ilə, yaxud kitabxananın bərabər dəyərli hesab etdiyi əsərlərlə əvəz etməli, bu cür əvəzetmə mümkün olmadıqda isə onların müəyyən olunmuş qaydada təyin edilən dəyərinin on mislini ödəməyə borcludur.

 

 

Rektora müraciət

Rektora müraciət yaza bilərsiniz.

ELANLAR

Kitabxana İnformasiya Mərkəzinin əlaqələri

M.F. Axundov adına Milli  Kitabxana

Milli Elmlər Akademiyasının əsas kitabxanası

Bakı Dövlət Universitetinin kitabxanası

Azərbaycan Dövlət Neft Akademiyasının kitabxanası

Respublika Elmi-Texniki kitabxanası

Moskva, Dövlət Elmi-Texniki Patent kitabxanası

Moskva, Mərkəzi Politexnik kitabxanası

Moskva, Rusiya Elmi-Texniki İnformasiya Mərkəzi

Moskva, Rusiya Dövlət kitabxanası

Ufa, Başqırdıstan Universitetinin siyasi kitabxanası

Latviya Dövlət kitabxanası

Daşkənd Politexnik Institutunun kitabxanası

Türkiyə, Trabzon-Qara Dəniz Texniki Universiteti