Təsərrüfat şöbəsi

Niyazi Natiq oğlu Nəbiyev

Təsərrüfat şöbəsinin müdiri

1989-cu ilin 23 avqustunda Gəncə şəhərində anadan olub.

2007/2011-ci ildə Azərbaycan Texnologiya Universitetinin Standartlaşdırma və texnoloji maşınlar fakültəsinin dizayn ixtisasını fərqlənmə ilə bitirib.

2009/2016-cı illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında Ağır Atletika bölməsində məşqci müəllim olaraq fəaliyyət göstərib. İdmandakı uğurlarına görə dəfələrlə fəxri fərman və mükafatlarla təltif edilib. Böyüklər arasında 3 qat Azərbaycan çempionu, idman ustasıdır.

2016/2018-ci illərdə Hərbiləşdirilmiş Mühafizə İdarəsinin Gəncə Telekommunikasiya Qovşağı üzrə silahlı xidmətdə mühafizə rəisi, daxili xidmət baş leytenantı rütbəsində olub.

2019/2020-ci illərdə Aviasiya Təhlükəsizlik Baş İdarəsinin Gəncə Beynəlxalq Hava limanı mütəxəssisi vəzifəsində çalışıb.

2020-ci il martında Azərbaycan Texnologiya Universitetinin İdman klubuna direktor təyin olub. 2022-ci il yanvarından isə universitetin Təsərrüfat şöbəsinə müdir təyin edilib. 

Ailəlidir, 2 övladı var.