Sustainable Construction
Lorem ipsum dolor...
Mevlana Mübadilə Proqramı
Mevlana Mübadilə Proqramı Türkiyə universitetləri və digər universitetlər arasında tələbə və müəllimlərin mübadiləsini həyata keçirən bir proqramdır. Bu proqram vasitəsilə UTECA tələbələri Türkiyədə 1 və ya 2 semestr təhsil ala, müəllimlər isə 2 həftə - 3 ay müddətində təcrübə keçə bilərlər.
Proqramdan yararlanan tələbələr Türkiyədə təhsil aldığı müddətdə aylıq 1200 TL təqaüdlə təmin olunur, müəllimlərin isə gediş-gəliş xərcləri qarşılanır və gündəlik 40-50 TL miqdarında ödəniş edilir.
Müraciət üçün tələblər
Tələbələr
- Təhsil aldığı universitetdə bakalavr, magistr və ya doktorantura tələbəsi olmalıdırlar
- Bal ortalaması bakalavr üçün 65-dən, magistr və ya doktorantlar üçün isə 75-dən yüksək olmalıdır
Müəllimlər
- Daha əvvəl bu proqramdan yararlanmamaq
- Seçilən universitetin tədris dili üzrə kifayət qədər dil biliyinə malik olmaq
Tələb olunan sənədlər
Tələbələr üçün
- Aday öğrenci başvuru formu (şəkillə birgə)
- Transkript
- Dil sertifikatı
Müəllimlər üçün
- Öğretim elemanı haraketlilik programı
- CV
- Gediləcək universitetdə işləmək istədiyi mövzu ilə əlaqəli layihə və məqalələrinin siyahısı