Beynəlxalq əməkdaşlıq şöbəsi

Haqqında

  • Vəzifə:

    Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri

  • Əlaqə:

    Phone: (022)257 35 78
    Email:

Məmmədova Ülviyyə Duman qızı

Ülviyyə Məmmədova 07.05.1990-cı ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə bakalavr dərəcəsini fərqlənmə diplomu ilə bitirib. 2010-cu ildə Cənubi Koreyanın Deajeon şəhərində yerləşən Phai Chai Universitetində tələbə mobilliyi proqramında iştirak edib. Həmin il o, həmçinin Seongnam şəhərində Koreya Araşdırmaları Akademiyası tərəfindən keçirilən mədəniyyət mübadiləsi proqramına qatılıb. BDU-da bakalavr dərəcəsini bitirdikdən sonra o, Cənubi Koreyanın aparıcı universitetlərindən biri olan Yonsei Universitetində magistr təhsili almaq üçün Koreya Hökumətinin Təqaüdü proqramına layiq görülüb. Yonsei Universitetində təhsilə başlamazdan əvvəl o, Cənubi Koreyanın İncheon şəhərində yerləşən İnha Universitetində dil hazırlığı kursunda iştirak edib. Eyni zamanda bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib. 2010-2011-ci illərdə KOTRA- Koreya Ticarət İnvestisiyaların Təşviqi Agentliyində, 2011-12-ci illərdə isə Koreyanın Securo Co Ltd şirkətində işləyib. 2012-2015-ci illərdə Azərbaycan-Koreya tərəfdaşlıq sahələri ilə bağlı müxtəlif təşkilatlarla çalışıb və çoxsaylı beynəlxalq layihələrdə iştirak edib. 2015-ci ildə Yonsei Universitetində magistr dərəcəsini bitirib. 2016-cı ilin fevral ayından Azərbaycan Texnologiya Universitetinin Xarici Əlaqələr Şöbəsində işləyib. Layihələrin idarə edilməsi və komanda koordinasiyası sahəsində təcrübəyə malikdir. Təhsil aldığı müddətdə beynəlxalq komandaları idarə etmək və onlarla işləmək ona beynəlxalq layihələrin idarə edilməsinin prinsipləri və metodları haqqında təcrübə qazandırıb. Ülviyyə Məmmədova ingilis, koreya və türk dillərini mükəmməl, rus dilini isə yaxşı bilir. O, 2020-ci ilin sentyabr ayından Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.