İnsan kapitalı şöbəsi

Haqqında

  • Vəzifə:

    İnsan kapitalının idarə edilməsi mərkəzinin direktoru

  • Əlaqə:

    Phone: (022)267 03 00
    Email: [email protected]

Həsənzadə Asif Rüstəm oğlu

11 noyabr 1991-ci ildə Gəncə şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar itisadiyyat fakültəsinin marketinq ixtisasına
qəbul olub. 2014-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatında mütəxəssis olaraq işə başlayıb. Daha
sonra YAP Gəncə Şəhər Təşkilatı sədrinin köməkçisi vəzifəsini icra etməyə başlayıb. 2019-cu ildə Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin marketinq ixtisası üzrə magistr məzunu olub. 2018-ci ildə “Çıraq-M” MMC-də insan resursları üzrə menecer vəzifəsində işə başlayıb.  2019/2020- ci illərdə Azərbaycan Texnologiya Universitetində assistent olaraq çalışıb. 2020-ci ildən “Yeni Gəncə Hotel Company” MMC-də insan resursları üzrə mütəxəssis vəzifəsinə təyin
edilib. 2020-ci ildə Azərbaycan Texnologiya Universitetində müəssisənin təşkili və idarəedilməsi ixtisası üzrə
fəlsəfə doktoru proqramına qəbul olunub. 2021-ci ilin noyabrından Azərbaycan Texnologiya Universitetinin İnsan resurslarının idarə edilməsi
mərkəzinin şöbə müdiri vəzifəsində çalışır.