Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanı

22 Noy

Müəllimlər üçün Avropada təqaüdlü mübadilə imkanı

Azərbaycan Texnologiya Universiteti Polşa, İspaniya və Rumıniyanın bir neçə universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın müəllimləri üçün bir həftəlik tam təqaüdlü qrant ayrılıb. Proqramdan yararlanacaq müəllimlərin bütün xərcləri proqram tərəfindən ödəniləcək.

Müəllimlərin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ Müvafiq sahə üzrə pedaqoji staj
✓ İngilis dilində sərbəst ünsiyyət bacarığı

Müsahibədə iştirak etmək istəyən müəllimlər 10 dekabr 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.

98 dəfə oxunub