Qəbul olmuş abituriyentlərin qeydiyyatı başladı

06 Sen

Qəbul olmuş abituriyentlərin qeydiyyatı başladı

2021/2022-Cİ TƏDRİS İLİNDƏ AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİNƏ QƏBUL OLUNMUŞ ABİTURİYENTLƏRİN VƏ VALİDEYNLƏRİNİN NƏZƏRİNƏ!

2021/2022-ci tədris ilində universitetin müxtəlif ixtisaslarına qəbul olunmuş abituriyentlər portal.edu.az saytından qeydiyyatdan keçməlidir.

Müəyyən olunmuş müddətədək (07.09.2021-19.09.2021-ci il) qeydiyyatdan keçməyən şəxslər ixtisasa yerləşdirmədən imtina kimi qiymətləndirilərək DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.

Portal.edu.az saytına aşağıdakı sənədlərin yüklənməsi vacibdir:

1. Attestatın, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün isə diplomun əsli
2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (ağ bilet)
3. Şəxsiyyət vəsiqəsi
4. 3x4 ölçüdə foto şəkil
5. Sağlamlıq haqqında arayış
6. Ödənişli əsaslarla qəbul olan tələbələr üçün ödəniş qəbzi
7. İmtiyazlı şəxslər üçün bu statusu təsdiq edən sənəd

QEYDLƏR:
✓Digər sənədlər bölməsinə orta məktəbdə (kollecdə) keçilən xarici dil qeydi daxil edilməlidir
✓Digər sənədlər bölməsinə 18 yaşı tamam olan şəxslərin COVID pasportu yüklənməlidir
✓Yerləşdirilən sənədlər aydın və oxunaqlı olmalıdır
✓Gəncə şəhərində “Bakalavr qeydiyyatı” dəstək mərkəzi 1 nömrəli (İ.Qayıbov 2) və 39 nömrəli (D.Qorqud 26) tam orta məktəblərdə fəaliyyət göstərir.

Portal.edu.az saytından qeydiyyatdan keçənlər (Azərbaycan Texnologiya Universitetinə qəbul olanlar) hər hansı problemlə qarşılaşarsa universitetin aşağıdakı məsul şəxslərinə müraciət edə bilərlər:

(I qrup ixtisaslar üzrə)
Hamlet Kəsəmənli 050 246-07-72
Ramil Vəliyev 050 246-07-50
Sədr Quliyev 050 246-07-44
Fəridə Rəhimli 050 872-95-78
Nəbi Mehdizadə 070 669-50-92
Kənan Nəsirov 051 586-28-96

(II, IV və V qrup ixtisaslar üzrə)
Turanə Məmmədova 050 559-98-81
Seymur Məmmədov 055 566-19-70
İsgəndər Əsgərov 055 703-65-37
Babək Həsənov 050 246-07-05
Günay Əliyeva 050 879-36-87

ATİS üzrə məsul şəxs Günay Qəhrəmanova (022) 257-65-48

Hüquqşünas Müşfiq Məmmədov 055 214-88-29 (imtiyazlı tələbələrin müraciəti üçün)

338 dəfə oxunub