UTECA vakansiya elan edir

13 Avq

UTECA vakansiya elan edir

Azərbaycan Texnologiya Universiteti (UTECA) 2021/2022 tədris ili üçün pedaqoji heyətin aşağıdakı istiqamətlər üzrə işə qəbulunu həyata keçirir:
1. Avtomatika və informasiya texnologiyaları (Azərbaycan, rus bölmələri üzrə)
2. Kompüter mühəndisliyi (Azərbaycan, rus bölmələri üzrə)
3. Telekommunikasiya (Azərbaycan, rus bölmələri üzrə)
4. Ümumi və tətbiqi fizika (Azərbaycan, rus bölmələri üzrə)
5. Mühasibat uçotu (Azərbaycan, rus, ingilis bölmələri üzrə)
6. İnzibati idarəetmə və kommersiya (Azərbaycan, rus bölmələri üzrə)
7. İqtisadiyyat (rus böməsi üzrə)
8. MBA – iqtisadiyyat (ingilis bölməsi üzrə)
9. Turizm (rus böməsi üzrə)
10. Ekologiya ( rus bölməsi üzrə)

Namizədlərə aid tələblər:
1. İstiqamət blokuna uyğun müvafiq dərəcə (magistr, fəlsəfə və elmlər doktoru)
2. Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları
3. Tələbə-yönümlü tədris metodikası
4. Kompyuter biliyi: MS ofis proqramlarında (xüsusilə, Power Point və Microsoft Word, Excel) sərbəst işləmək bacarığı
Namizədlər müraciət üçün CV-lərini foto şəkili ilə mövzu yerində müvafiq istiqamətləri qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Müraciət üçün son tarix 15 sentyabr 2021-ci il

Qeyd: Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq.

3 dəfə oxunub