Region gəncləri və tələbələrinin nəzərinə

06 Dek

Region gəncləri və tələbələrinin nəzərinə

✓Təqdim etməyə çəkindiyiniz hər hansı bir biznes planınız və ya sosial ideyanız var?
✓ Fərq yaratmaq üçün yaradıcılığınızdan və bacarıqlarınızdan istifadə etməkdə həvəslisiniz?
✓ Öz şəxsi işinizi qurmaq haqqında düşündünüzmü?
✓Yaşadığınız regiona öz töhvənizi vermək istəyirsinizmi?

Yuxarıda göstərilənlərdən hər hansı birinə “bəli” cavabını verirsinizsə,

“British Council” və UNEC sizi - region gənclərini və tələbələrini 21-23 iyun 2021-ci il tarixində baş tutacaq Creative Spark StartUp Təlimi - onlayn müəssisə düşərgəsinə dəvət edir.

Təcrübəli mütəxəssislərdən birbaşa sahibkarlıq sahəsində yeni bacarıqlar qazanmağa imkan verəcək ödənişsiz təlimlər onlayn qaydada, Azərbaycan dilində keçiriləcəkdir. Hər təlim 2 saat (14:00-16:00) davam edəcək.

Təlim günlərinin mövzuları:
21 iyun- Biznes fürsətlərinin təyin olunması, Bazar İqtisadiyyatında boşluqların tapılması
22 iyun- Effektiv Biznes modelinin qurulması
23 iyun- Biznes planın tərtib olunması

Bootcamp zamanı
✓ Fərqli sənaye sahələrin mentor qruplarından mütəxəssis məsləhətləri ala;
✓ İdeyanı hakim heyət və qonaq auditoriyasına təqdim edə, istənilən hədəfə nail olmaq məqsədilə təqdimat bacarıqlarınızı inkişaf etdirə;
✓ İdeyalarınızı gerçəkləşdirməyə kömək edəcək potensial maliyyə mənbələri haqqında məlumat əldə edə biləcəksiniz.

Qeydiyyat linkji: https://forms.office.com/r/1FKSHzBmPz
Əlaqə: [email protected]

125 dəfə oxunub