Avropada təqaüdlə təhsil imkanı

05 Iyun

Avropada təqaüdlə təhsil imkanı

Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 3 tələbəsinə İspaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb.

Proqrama universitetin Avtomatika, telekommunasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrinin I və II kurs əyani təhsil alan tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.

Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ ÜOMG
✓ Müsahibə

Müsahibədə iştirak etmək istəyən tələbələr 25 may 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər.

348 dəfə oxunub