Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək

12 Fev

Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək

30 aprel – 1 may 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Universitet reytinqi məsələlərinin əsas problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

  • Qida və turizm sənayesi mühəndisliyi və menecmenti
  • Logistika mühəndisliyi və menecmenti
  • Yüngül sənaye mühəndisliyi və menecmenti
  • İnformasiya texnologiyaları mühəndisliyi və menecmenti
  • Metal və materiallar mühəndisliyi və menecmenti
  • Davamlı inkişaf və təhsil texnologiyaları


Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:

 

Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-poçt ünvanı tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər xüsusi topluda nəşr olunacaq. Tezislər 5 aprel 2021-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir.

Valyuta: AZN
Benefisiarın adı: Azərbaycan Texnologiya Universiteti
VÖEN: 2300343181
H/H: AZ39AIIB38060019440135272127
Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialı
Bankın kodu: 200275
VÖEN: 9900003611
Müxbir hesab: AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK: AIIBAZ2X
Bankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24
Tel: (022) 256-67-95, 256-01-19

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103
Tel: (022) 257 00 46
e-mail: [email protected]

 

615 dəfə oxunub