Metallurgiya mühəndisliyi ixtisasımızın məzunlarının nəzərinə!

01 Mart

Metallurgiya mühəndisliyi ixtisasımızın məzunlarının nəzərinə!



"AzerGold" QSC-nin Daşkəsən rayonunda Çovdar filiz emal sahəsində baş metallurq və metallurq vakansiyaları var.

Vakansiyaya dair tələblər
 
Əsas vəzifə və öhdəliklər:
• Xırdalama sahəsində aparılan qırma və xırdalama əməliyyatlarına nəzarət etmək;
• Aqlomerasiya prosesi üçün lazım olan qarışıqların düzgün əlavəsinə nəzarət etmək;
• Topa qələviləşdirmə sahəsində qələviləşdirmə prosesinə, Adsorbsiya, Desorbsiya və Emal zavodunda kömürlə adsorbsiya və desorbsiya-elektroliz əməliyyatlarına, kömürün regenerasiyası prosesinə nəzarət etmək;
• Laboratoriyada filizdən qızıl çıxımının təyini üçün aparılan testlərə və digər testlərə nəzarət etmək;
• Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;
• Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;
• Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;
• Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;
• Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (müvafiq sahə üzrə);
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

20 dəfə oxunub