Dinamik bir universitet olaraq, əcnəbi tələbələr üçün təklif etdiyimiz xidmətlərin qiymətləndirilməsi ilə bağlı mütəmadi olaraq tələbələr arasında sorğular keçiririk. Beləliklə də, qlobal dövrün tələbini ödəmək üçün xidmətlərimizin keyfiyyətini sorğu nəticələrinə əsasən artırırıq.
Yaşayış xərcləri
Gəncə şəhərində aylıq yaşayış xərci orta hesabla 400-450 AZN təşkil edir. Bunlara daxildir: yaşayış, ərzaq, kommunal və digər-nəqliyyat və sosial fəaliyyət xərcləri və s.
UTECA, əcnəbi tələbələrə Universitet yataqxanasında yaşamaq imkanı verir.
Tibbi sığorta
UTECA beynəlxalq komandası əcnəbi tələbələrə tibbi sığorta ilə bağlı müvafiq köməklik göstərir.