- Ali təhsil müəssisəsinin nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir
- Ali təhsil müəssisəsinin inkişaf proqramlarını təsdiq edir
- Hər il rektorun hesabatlarını dinləyir
- Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması, onların yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir
- Fakültələrin, kafedraların və digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həll edir
- Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatlarını dinləyir
Azərbaycan Texnologiya Universitetinin Elmi şurası universitetdə tədrisin, elmi-tədqiqat işlərinin keyfiyyətinin və səmərəliliyinin, Universitetin beynəlxalq əlaqələrinin və nüfuzunun artırılmasına, respublika əhəmiyyətli məsələlərin müzakirəsinə və universitetin bu məsələlərin həllində fəal mövqeyinin təmin edilməsinə yönəldilib. Elmi şuranın sədri, UTECA-nın rektoru, dos. Y.A. Ömərov universitetin ənənələrinə sadiq qalaraq bir çox mühüm problemlərin elmi şuraya çıxarılmasına, obyektiv müzakirə olunmasını və həll edilməsini təmin edir.