Magistratura və doktorantura şöbəsi

Ulduz Əli qızı Babayeva

Magistratura və doktorantura şöbəsinin müdiri

(022)257 08 83

@uteca.edu.az

Babayeva Ulduz Əli qızı 1974-cü il aprelin 25-də  Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1980-ci ildə 41 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib.  

1997-ci  ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “ərzaq  mallarının əmtəəşünaslığı” ixtisasının bakalavr, 1999-cu ildə magistr pillələrini  fərqlənmə diplomları ilə bitirib.

2002-ci ildən Azərbaycan Texnologiya Universitetin “İnzibati İdarəetmə kafedrasında tədris ustası", 2003-cü ildən assistent, 2009- cu ildən baş müəllim, 2019-cu ildən isə “Qida mühəndisliyi və ekspertiza” kafedrasında  dosent vəzifəsində çalışır. 

2011-ci  ildə Azərbaycan Texnologiya Universitetində “Qida məhsullarının texnologiyası” ixtisası üzrə əyani doktoranturaya qəbul olunmuş, 2016-cı ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək,  2017-ci ildə  Azərbaycan Respublikası  Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi adı alıb. 

2000-ci ildən jurnalistika fəaliyyəti ilə məşğul olub, “Azərbaycan gəncləri”, “Meridian”, “Zerkalo”, qəzetlərində çalışıb,  Kəpəz və Alternativ televiziyalarında,101 FM-də  bir sıra verlişlərin, eləcədə Xəbərlər informasiya proqramlarında  jurnalist və aparıcı kimi fəaliyyət göstərib. 2013-2014-cü illərdə “Regionunsəsi” saytında baş redaktor vəzifəsində çalışıb. 2014-cü ildə Azərbaycan Mətbuat Şurasının təşkil etdiyi  “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru”  adlı müsabiqənin qalibi olub. 

Hazırda Azərbaycan Texnologiya Universitetində  Elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alır. Bir dərs vəsaiti, 50-dən artıq elmi məqalə, metodik göstəriş və proqramların müəllifidir. Elmi əsərləri Azərbaycanla yanaşı, Rusiya, Belorusiya, Sloveniya, Macarıstan,  Avstriya, Polşa, Yaponiya, Koreya  və digər xarici ölkələrin  nüfuzlu jurnallarında dərc olunub.