Tədris şöbəsinin müdiri
Cəsarət Əliheydər oğlu Şabanov 6 mart 1965-ci ildə Lənkəranda anadan olub.
Azərbaycan Dövlət Aqrar Universitetinin aqrokimya və torpaqşünaslıq ixtisasını 1993-cü ildə fərqlənmə ilə bitirib.
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aspirantura təhsili aldıqdan sonra, 2001-ci ildə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Müxtəlif illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi, Dövlət Yerquruluşu Layihə İnstitutunda torpaqşünas-mühəndis, Bakı Dövlət Universitetində (BDU) laboratoriya müdiri, baş müəllim, dosent vəzifələrində çalışıb, bunadək isə BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekan müavini işləyib.
2023-cü ildə Azərbaycan Texnologiya Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsinə təyin edilib.