İdman klubu

Süleymanov Elçin Zeynal

İdman klubunun rəhbəri

27 yanvar 1976–cı ildə Gəncə şəhərində anadan olub. 

2016-cı ildə Gəncə Dövlət Universitetinin bədən tərbiyəsi və idman fakültəsində bakalavr təhsili alıb.

1994/2015-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında üzgüçülük və basketbol idman növü üzrə məşqçi və baş məşqçi vəzifəsində çalışıb.

1998/2008-ci illərdə basketbol üzrə Gəncə şəhər yığma komandasının baş məşqçisi olub.

2004/2008-ci illərdə Telekom basketbol idman klubunun baş məşqçisi olub, hal-hazırda həmin klubun icraçı direktorudur.

2008-ci ildən Alternativ TV, daha sonra isə Türkel TV-də müxbir və idman departamentinin rəhbəri vəzifəsində çalışıb.

2012-ci ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi Fəxri adını aıb.

2013-cü ildə Bakı Oksford məktəbinin Şəmkir filialının bətən tərbiyəsi  müəllimi olub.

Beynəlxalq dərəcəli məşqçidir. 2017-ci ildə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Basketbol məşqçilərinin idman mübadiləsi proqramı çərçivəsində Texas ştatının bir neçə şəhərlərində və Vaşinqton şəhərində təlimlərdə iştirak edib. Yetirmələri dəfələrlə ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olub. 

İdman klubu haqqında məlumat

Azərbaycan Texnologiya Universitetinin idman klubunda 7 idman növü üzrə həm qız, həm də oğlan tələbələrə məşqlər keçirilir. Bunlar futbol, basketbol, voleybol, şahmat, dama, stolüstü tennis və atletikadır. 

İdman zalında böyük futbol, voleybol və basketbol meydanı ilə yanaşı bilyard zalı, trenajor otağı və stolüstü tennis otağı var. 

Klubda 3 mütəxəssis, operator və klub rəhbəri çalışır.

İdman klubu hər il ənənəvi olaraq silsilə yarışlar təşkil edir. Fevral ayından isə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar  təşkil olunan universitetlər arasında spartakiada təşkil olunur. Bundan başqa UTECA komandaları respublika səviyyəli yarışlarda iştirak edir.