İnsan resursları şöbəsi

İlham Hacıbaba oğlu Əlizadə

İnsan resursları şöbəsinin müdiri

(022)267 03 00

       

İlham Hacıbaba oğlu Əlizadə 30 may 1958-ci ildə Gəncə şəhərində anadan olub. 1980-ci ildə Gəncə Dövlət Universitetini (GDU) tarix ixtisası üzrə bitirib. 1998-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə ikinci təhsilini başa vurub.

Əmək fəaliyyətinə 1984-cü ildən başlayıb. Dövlət qurumlarında və sənaye müəssisələrində çalışıb. Gəncə şəhər İcra Hakimiyyəti Aparatında müxtəlif vəzifələrdə (mütəxəssis, baş məsləhətçi, şöbə müdiri, İcra Hakimiyyəti Başçısının birinci müavini), Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrində isə hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin, BP Azərbaycan şirkətinin məsul şəxsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Layihəsində baş koordinatoru, indiyədək isə “Simurq Kompani” Səhmdar Cəmiyyətində hüquq və insan resursları şöbəsinin müdiri olub.

2022-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2023-cü ildə Azərbaycan Texnologiya Universitetinin İnsan resursları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.