Azərbaycan Texnologiya Universiteti tərəfindən 2023-cü ildə “İnnovavasiya Festivalı”nın (İnnoFest) keçirilməsi nəzərdə tutulub. İnnoFest-in məqsədi Azərbaycanda startap-hərəkatının genişləndirilməsi, gənclərin biznes ideyalarının dəstəklənməsi, gənclərdə texniki və tətbiqi yaradıcılığın, eləcə də intellektual potensialın inkişafı üçün şəraitin yaradılması, innovasiyaların və texnoloji yeniliklərin həyata keçirilməsində sənaye-təhsil müəssislərinin əməkdaşlığının genişləndirilməsi, işğaldan azad olunmuş rayonlarda yeni texnoloji quruculuq işlərinə innovativ ideyaların cəlb edilməsidir.
Festival şagird və tələbələri, gənc müəllim və alimləri, mühəndis və dizaynerləri, sahibkarlar və ixtiraçıları, eləcə də innovativ texnologiyalarla maraqlanan hər bir kəsi bir araya gətirəcək.
İnnovasiya Festivalı çərçivəsində startap və robototexnika müsabiqələri, eləcə də məşhur ekspertlərin iştirakı ilə panel müzakirələr və master-klassların keçirilməsi nəzərdə tutulur