Məzun və son kurs tələbələrinin CV bankı yaradılır

15 Apr

Məzun və son kurs tələbələrinin CV bankı yaradılır

Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru, professor Akif Süleymanovun göstərişi ilə məzunların CV bankı yaradılır. Bu məqsədlə UTECA məzunlarının və sonuncu kurs tələbələrinin şəxsi məlumatlarının (CV) toplanmasına start verilib. 

Universitetimizin məzunları və son kurs tələbələrindən rəsmi Facebook səhifəmizin müvafiq postunda linki göstərilmiş CV formasını dolduraraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

CV bankının yaradılmasında məqsəd UTECA məzunları olan işaxtaranlarla müəssisələr arasında operativ əlaqə yaratmaq, tələbələrin gələcək karyeralarına dəstək göstərməkdən ibarətdir.  Belə ki, universitetin rəsmi saytında CV bankı adı altında müvafiq bölmə açılacaq, CV-lər orada yerləşdiriləcək. Bundan başqa mütəmadi olaraq müəssisələrdən universitetə vakant yerlərə dair məlumatlar daxil olur ki, məzunların şəxsi məlumatlarının həmin müəssisələrə, eləcə də yaşayış yerinə uyğun başqa müəssisələrə göndərilməsi nəzərdə tutulub.

 

 

287 dəfə oxunub